İsrail polisi ilə toqquşmalarda 2 fələstinli həlak olub

İsrail polisi ilə toqquşmalarda 2 fələstinli həlak olub Bu gün İordan çayının qərb sahilində baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 760 nəfər xəsarət alıb. Bu barədə RİA “Novosti”yə yerli tibb xidmətinin nümayəndələri bildirib.

“Bu gün iğtişaşlarda iki fələstinli ölüb, daha üçü ağır vəziyyətdədir”, - deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 760-dən çox fələstinli yaralanıb, onlardan 60-ı güllə yarası alıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib.
Tarix: 8-12-2017, 23:58
Xəbəri paylaş





Xəbər lenti