“Rusiyadakı mərkəzlər Moldovanı qarışdırmaq istəyirlər”

“Rusiyadakı mərkəzlər Moldovanı qarışdırmaq istəyirlər”
Moldovanın Rusiya televiziyalarını qadağan etməsi haqqında qərarının Qaqauziyada tətbiq edilməyəcəyi xəbərini gənc politoloq Ağa Zeynalov musavat.com-a şərh edib.

“Moldovada illərdir Dnestr problem mövcudur” deyən Ağa Zeynalov bunları söylədi: “Moldova müstəqilliyini əldə etdikdən sonra Qərbə meyl etməyə başladı.. Bu isə təbii olaraq Rusiyani qıcıqlandırırdı. Moksva Dnesrtdə separatizmə dəstək vasitəsilə Moldovanın problemlərini dərinləşdirdi. Bir tərəfdən də əhalisi türkdilli olan Qaqauziya öz haqlarının artırılmasını tələb etməyə başladılar, muxtariyyətləri olsa da, indinin özündə daha çox haqq istəyirlər. Mən tez-tez bu bölgəyə, daha dəqiq desək Qaqauziya paytaxtı Kamrat şəhərində oluram, yerli insanlarla diskussiyalardan gəldiyim qənaət budur ki, burada yaşayan insanların bir qismi özmüqədərratlarını təyin etməkdə maraq göstərirlər.

Moldovanın hazırki dövlət başçısı Dodon prezident seçilən kimi xarici siyasətdə Rusiyaya meyl etdi. Ancaq nəticəsi olmadı. Rusiyapərəst prezidentlə Qərbpərəst baş nazir arasında dərin fikir ayrılığı var. Bu mübahisədən də Rusiyadakı mərkəzlər öz məqsədləri üçün istifadə etməyə çalışır, indi də Moldovada dil məsələsini ön plana çəkirlər. Rusiyadakı mərkəzlər Dnestrlə kifayətlənməyərək Qaqauziyada da aranı qarışdırmağa çalışırlar. Hələ ki, Kişinyov bu prosesə müdaxilə etmir. Buna baxmayaraq, Qaqauziyadakı proseslərin məcrasından çıxacağına dair ehtimallar var və bu Kişinyovu ehtiyatlandırır. Fikrimcə, Rusiya Dnestrlə yanaşı Qaqauziya amilindən də öz məqsədləri üçün istifadə etməyə çalışır. Moskva Moldovadakı separatçılara dəstəyini artıracaq. Rusiyadakı mərkəzləri Ukraynadakı hadisələri Moldovada təkrarlamaq istəyirlər”.
Tarix: 9-12-2017, 14:21
Xəbəri paylaş





Xəbər lenti