Səudiyyədən xəbərdarlıq: Qüds bəyanatı radikallar üçün “oksigen” olacaq

Səudiyyədən xəbərdarlıq: Qüds bəyanatı radikallar üçün “oksigen” olacaq ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarı radikal qruplar üçün “oksigen” olacaq. Belə bir bəyanatla nüfuzlu səudiyyəli şahzadə Türki Feysal əl-Səud Bəhreyndə təşkil edilmiş təhlükəsizlik konfransında çıxış edib.

Şahzadə 24 il ərzində Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətinin başçısı olub.

Konfransı izləyən BBC müxbiri xəbər verir ki, Qüds barədə ABŞ-ın qərarından sonra Körfəz ölkələrində cihadçı hərəkatların güclənəcəyindən narahatdırlar.

Bəhreyndə keçirilən Manama dialoqu forumu təhlükəsizlik məsələlərinə həsr olunub. Konfransda ABŞ-ın BMT-dəki nümayəndəsi də çıxış etməli idi. Lakin o foruma qatılmayıb.

Cümə günü BMT Təhlükəsizlik Şurasında çıxış edən Nikki Haley deyib ki, “ABŞ aydın olan bir şeyi tanıyır: Qüds İsrailin paytaxtıdır”.


Siam.az
Tarix: 9-12-2017, 20:23
Xəbəri paylaş





Xəbər lenti