Fransada minlərlə insan Trampın Qüdslə bağlı qərarına qarşı aksiya keçirib

Fransada minlərlə insan Trampın Qüdslə bağlı qərarına qarşı aksiya keçirib
Fransanın müxtəlif şəhərlərində bir neçə min insan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına qarşı etiraz aksiyasına çıxıb.

“Report” xəbər verir ki, mitinqçilər, həmçinin İsrailin baş naziri Binyamin Netanyahunun dekabrın 10-da Parisə planlaşdırılan səfəri və onun prezident Emmanuel Makronla aparacığı danışıqlara qarşı çıxıblar.

AFP-nin məlumatına görə, Parisdə keçirilən nümayişdə təqribən 400 nəfər iştirak edib.

Eyni zamanda, təqribən 500 nəfər Marseldə, 300 nəfər isə Lionda küçələrə çıxıb.
Tarix: 10-12-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti