Şimali Koreya liderindən Qüdslə bağlı İsrail və Trampa ağır sözlər...

Şimali Koreya liderindən Qüdslə bağlı İsrail və Trampa ağır sözlər...
Şimali Koreya lideri Kim Çen In Qüds məsələsi ilə bağlı İsrail və Trampa ağır sözlər işlədib.

Siam.az bildirdiyinə görə “A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Kim Çen In ABŞ prezidenti Tramp üçün “ağlını itirmiş qoca” dediyi halda, “İsrail adında bir dövlət varmı?” sözləri ilə Qüds qərarına reaksiya verib.

Bundan başqa Kim Çen In Trampın İsraildəki ABŞ səfirliyinin Təl Əvivdən Qüdsə köçürülməsi qərarını “qüsursuz” və “alçaq” bir həmlə olaraq dəyərləndirib.

Qüds probleminə biganə qalmayan Şimali Koreya lideri Trampın bu qərarına qarşı çıxaraq “İsrail deyə bir dövlət varmı ki, paytaxtı Qüds olsun?” deyib.

Daha sonra Şimali Koreya xarici işlər nazirinin sözçülərindən biri də verdiyi açıqlamasında Qüdslə bağlı qərar üçün bunları deyib:

“Ağıl xəstəsi olan qocanın (ABŞ prezidenti Donald Tramp) BMT-də yer alan suveren dövləti (Şimali Koreya) yox etmək üçün çağırış etdiyini nəzərə alaraq, onun bu hərəkətinə də təəccüblənmədik. Dünyada kimin sülhü və qlobal təhlükəsizliyi təhdid altına altdığı bir daha ortaya çıxdı. Qanuni haqlarını qazanmaq üçün mübarizə aparan Fələstin və ərəb xalqlarını dəstəkləyəcək və həmrəylik içərisində olacağıq”.

Siam.az
Tarix: 10-12-2017, 19:46
Xəbəri paylaş





Xəbər lenti