“İsrail işğalçı bir terror dövlətidir” –Ərdoğan

“İsrail işğalçı bir terror dövlətidir” –Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirilən tədbirdə ABŞ-ın Qüds qərarı ilə bağlı növbəti çıxışını edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan 1947-ci ildən etibarən Fələstinin İsrail tərəfindən işğala məruz qaldığını deyib.


O, Trampa səslənərək onun etdiyi səhvə düşməyəcəklərini bildirib:

“İslam dünyasının Qüds məsələsində həssaslığı bilinməsinə baxmayaraq, ABŞ-ın qərarı sülhə, sabitliyə və təhlükəsizliyə qarşı addımdır. Qüdsü uşaq qatili bir ölkənin insafına buraxmayacağıq”.

Qeyd edək ki, BMT Təlhükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməsində İsrailin Qüdsü paytaxtı elan edilməsi qanunsuz hesab edilib. Tramp bir neçə gün öncə bu qətnaməni pozaraq Qüds İsrailin paytaxtı kimi tanıyıb.
Tarix: 10-12-2017, 19:53
Xəbəri paylaş





Xəbər lenti