Səudiyyə Yəməndəki `axmaq` müharibəni dayandırsın - BMT Baş Katibi

Səudiyyə Yəməndəki `axmaq` müharibəni dayandırsın - BMT Baş Katibi
BMT-nin Baş Katibi Antoniu Quterriş Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliyini Yəmənə hərbi müdaxiləni dayandırmağa çağırıb.

FaktXeber.com-un France Press-ə istinadla məlumatına görə, BMT-nin rəhbəri öz rəsmi bəyanatında qəddar müharibənin dayandırılması üçün dünya ictimaiyyətinin birgə səyinin vacibliyini vurğulayıb.

CNN-ə müsahibəsində Quterriş deyib: «Bunu «axmaq müharibə» hesab edirəm. Bu, nəinki Yəmən xalqına dözülməz əzab gətirir, həmçinin hər iki tərəfin - həm Yəmənin, həm də Səudiyyə Ərəbistanının, BƏƏ-nin maraqlarına ziddir. Problemin həlli üçün güclü siyasi iradə və həll yolları lazımdır».

O da bildirilir ki, BMT Baş katibi Yəmən müharibəsinin qurbanları barədə bəzi statistikanı açıqlayıb.Onun sözlərinə görə, 7 milyon yəmənli xroniki aclıqdan əziyyət çəkir, 2 min nəfər isə vəba epidemiyasından həlak olub.
Tarix: 11-12-2017, 14:12
Xəbəri paylaş





Xəbər lenti