“Göstərəcəm ki, prezident necə ölər”- SAAKAŞVİLİ MƏHKƏMƏDƏ + VİDEO

“Göstərəcəm ki, prezident necə ölər”- SAAKAŞVİLİ MƏHKƏMƏDƏ + VİDEO
Bu gün Kiyevdə hakim qarşısına çıxarılan eks-prezident Mixail Saakaşvili məhkəmədə Gürcüstan və Ukraynanın himnini səsləndirib.

Gununsesi.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, yenidən həbsxanaya qaytarılacağı təqdirdə Saakaşvili aclıq aksiyasını davam etdirəcəyini bildirib. Siyasətçi, həmçinin özünü əsir götürülən əsgər kimi hiss etdiyini deyib:

“Mən qorxmuram. Göstərdim ki, prezident necə işləyə bilər və göstərəcəm ki, prezident necə ölə bilər. Əgər onlar məni həbsxanaya qaytarsalar sona kimi aclığa davam edəcəm. Lakin hər kəs biləcək ki, bu qətli kim təşkil edib”.
Tarix: 11-12-2017, 17:13
Xəbəri paylaş





Xəbər lenti