Müsəlmanlar Qüds uğrunda birləşiblər…

Müsəlmanlar Qüds uğrunda birləşiblər…
“Trump-ın (ABŞ prezidenti Donald Trump) hərəkəti ərəb və müsəlman dünyasını oyatmaq qərarı kimi də görünə bilər. Onun bu qərarından sonra bir çoxları regionda sülh prosesinə dair Amerika konsepti ilə aldandıqlarını düşünə bilərlərlər.

İndi anlayanda ki, ABŞ İsrailin tərəfindədir, onlar amerikalıların regionun sabitliyində maraqlı olmadığını və onların hisslərinə əhəmiyyət vermədiyini düşünə bilərlər.


Müsəlman dünyasını birləşdirən bu məsələ Fələstin problemidir.

Onlar Suriya və İraqla bağlı fikir ayrılığına malik ola bilərlər, lakin Fələstinə, xüsusilə də Qüdsə gəldikdə onlar birdir.

Bu çox mühüm irəliləyişdir: bu, birliyi önə çıxara və müsəlman dünyasında əlaqələri gücləndirə bilər.

Trump-a və İsrailə qarşı, eyni zamanda, ABŞ səfirliyinin (Tel Əvivdən Qüdsə) köçürülməsi qərarına qarşı.

Lakin bu məsələ yeni deyil. Tarixə nəzər yetirsək, İntifada olacağını düşünmək üçün əsas da var. Həmas artıq üsyana çağırış edib.

Müsəlman dünyasında belə bir inam var idi ki, Fələstin dövləti məsələsinin həlli üçün sülh yolu mümkündür.

Oslo razılaşmasından 23 il keçsə də, heç nə əldə edilməyib. Qərb Sahilində və Qüdsdə 800 000 israilli məskunlaşıb.

Ona görə də, bu qərarla sülh prosesinin tamamilə məhv edilməsi hissi möhkəmlənib.

Biz sülh prosesinin ən son mərhələsindən keçməli idik. Trump-ın bunu etməsiylə eyni zamanda sülh prosesi necə qorumaq olar? Bunun mümkün olmadığı hissi yaranıb.

Qüdsün gələcəyin bütün bunların mərkəzində dayanır. Əgər Qüds İsrailin paytaxtı kimi tanınırsa, proses zamanı fələstinlilər nə barədə danışacaqlar?

Yaxın gələcəkdə bunun nəticələri görünəcək. Artıq etiraz və nümayişlər keçirilir və yeni bir İntifada zorakılığı təhlükəsi gözlənilir.

Nəticə tam aydın olmasa da, insanların qəzəbli olduğu aydındır.

Əhalisinin əksəriyyəti müsəlman olan 56 ölkənin təxminən 1.5 milyardlıq əhalisi bu qəzəbdə birləşib, çünki Qüds onların hər biri üçün müqəddəs yerdir. Məkkə və Mədinədən sonra ən müqəddəs.

Bu, heç şübhəsiz təhqirdir. Niyə axı ABŞ səfirliyini köçürsün və niyə indi?

Bu supergüc müsəlmanların müqəddəs hesab etdiyi yeri İsrailə məxsus hesab edir.

Bəs bu digər fərqlilikləri aradan qaldıracaqmı? Bu 56 ölkə arasındakı fərqlər çox böyükdür. Onlar gizlin və əhəmiyyətli, eyni zamanda çox kompleksdir, hətta Qüds məsələsindən də dərin.

Müsəlman dünyasının əksəriyyəti Qüds məsələsinə gəldikdə bu fərqləri nümayiş etdirməyəcək. Lakin hökumətlər arasındakı fərqləri üstələmək asan məsələ deyil.

Digər bir paradoks isə Amerikanın terrorçuluğa qarşı mübarizəsidir.

Qərb ölkələri (İslam) radikalizminə qarşı mübarizə aparır, lakin Trump-ın atdığı bu adım, Əl-Qaidə və İslam Dövləti üçün ən böyük mükafat və əla silahdır.

Bu qruplar deyə bilər ki, “Baxın, bizə qarşı vuruşan Amerika bizi İraq və Suriyada məhv etdikdən sonra israilliləri mükafatlandırır, ərəbləri deyil”.

Qüdsün İsrailin paytaxtı kimi tanınması bizim dünyada terrorizmi və radikalizmi gücləndirəcək və eyni zamanda bu radikalizm “qisas” kimi ABŞ və Avropaya da çata bilər.

Bu qərar radikalların xeyrinə işləyəcək və bu, ABŞ-ın müttəfiqləri olan Misir və Səudiyyə ərəbistanı kimi ölkələri də utandıracaq… ona görə də məncə bu, səmərəsiz addımdır.

Bu addım Fələstin uğrunda insanları birləşdirə bilər, lakin bu, eyni zamanda bölgəyə narahatlıq gətirəcək.

Paradoks isə bundan ibarətdir: bu, müxtəlif müsəlman ölkələrindəki insanları birləşdirə bilər, lakin eyni zamanda ekstremizm və radikalizmə də yol aça bilər”. (BBC azeri)

Siam.az
Tarix: 12-12-2017, 09:51
Xəbəri paylaş





Xəbər lenti