“BMT-nin baş qərargahı da Qüdsə köçürülməlidir...” - Müsəlman dini lider

”Yerusəlim bütün dinlərin gümbəzi rolunu oynayır...”
“BMT-nin baş qərargahı da Qüdsə köçürülməlidir...” - Müsəlman dini lider
BMT-nin baş qərargahını da Yerusəlimə (Qüdsə-S.L.) köçürmək vacibdir”.

Moderator.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu gözlənilməz bəyanatla Rusiya Müsəlmanları Ruhani Məclisinin sədri, Moskvanın müftisi Albir Krqanov çıxış edib.

ABŞ prezidenti D.Trampın Qüdsü İsrailin paytaxtı kimi qəbul etməsi ilə bağlı son qərarını şərh edən tanınmış İslam xadimi belə deyib:

”Yerusəlim de-fakto 3 dünya dininin paytaxtı olmaqla müsəlmanları, xristianları və iudeyləri birləşdirir. BMT də mahiyyətcə millətləri, xalqları və mədəniyyətləri birləşdirməlidir. Əgər dünya düzəninin əsas tərkib hissəsi insanların hansısa dinə bağlılığı, eləcə də dinlərin biri-birinə münasibəti ilə bağlıdırsa, Yerusəlim bu halda, obrazlı dillə desək, bütün dinlərin gümbəzi rolunu oynayır. Ona görə də Birləşmiş Millətlər Təşkilatı baş qərargahının Yerusəlimdə olması doğru olardı...”

Xatırladaq ki, hazırda BMT-nin baş qərargah-mənzili Nyu-Yorkda yerləşir.
Tarix: 12-12-2017, 22:11
Xəbəri paylaş





Xəbər lenti