Fələstin İsraillə bütün sazişləri ləğv etdi

Fələstin İsraillə bütün sazişləri ləğv etdi “Fələstin Oslo sazişi də daxil olmaqla İsraillə əldə olunan bütün razılaşmaları rədd edir”. Bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxış edən Fələstin lideri Mahmud Abbas deyib.

Fələstin lideri qeyd edib ki, bu addım Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarına etiraz olaraq atılıb: "İsrailin Qüdslə bağlı hüquqdan kənar davranışları onlarla əldə olunan bütün razılaşmaların qüvvədən düşmüş olduğu anlamına gəlir. Bizimlə İsrail arasında Oslo razılaşması var. İsrail Qüdslə bağlı mövqeyini dəyişməzsə, biz də bütün razılaşmaları qüvvədən düşmüş hesab edərik. Burdan bəyan edirəm ki, biz İsraillə əldə etdiyimiz heç bir razılaşmaya sadiq deyilik. Oslo sazişindən bu günə qədər əldə olunan heç bir razılaşmanı qəbul etmirik”.
Tarix: 13-12-2017, 16:58
Xəbəri paylaş





Xəbər lenti