İsrail polisi ilə kütləvi toqquşmalar

İsrail polisi ilə kütləvi toqquşmalar
İsrail polisi Fələstin əhalisinin ənənəvi etiraz məkanı hesab edilən Dəməşq qapılarından Qüdsə gedən yolu bağlayıb, amma etirazçılar maneələri dəf edə bilib və tərəflər arasında qarşıdurma başlayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, polis nümayişçiləri meydandan çıxarır və ən aktiv etirazçıları saxlayır...


Bunun ardından polis şəhərin şərq məhəllələrində yaşayan və namaz qılmaq üçün "Əl-Əqsa" məscidinə getmək üçün sakinlərin istifadə etdikləri Dəməşq qapılarını bağlayıb.

Etirazçılar polis maneələrini buradan da aşdıqdan sonra qarşıdurma yerinə atlı polis bölmələrinin əməkdaşları gəlib.

Fələstin Səhiyyə Nazirliyinin son məlumatına görə, İordan çayının qərb sahilində və Qəzza zolağında İsrailin təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb.

"Ümumilikdə, 13 nəfər döyüş, 47 nəfər rezin güllələrdən xəsarət alıb, 177 nəfər isə gözyaşardıcı qazdan zəhərlənib", - deyə Fələstin Qızıl Ay Cəmiyyətinin mətbuat katibi Erab əl-Fukah öz növbəsində bildirib.
Tarix: 15-12-2017, 22:09
Xəbəri paylaş





Xəbər lenti