Saakaşvili könüllü şəkildə Baş Prokurorluğa gəldi və...
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib.
Virtualaz.org-un məlumatına görə, o, Baş Prokurorluğa könüllü şəkildə gəlsə də, ifadə verməkdən imtina edib.
M.Saakaşvili qanuna əməl etmək üçün ifadə verməyə gəldiyini deyib: "Mən Ukrayna prokurorlarına hörmət etmirəm, mənim Ukrayna qanunlarına hörmətim var".
Onun sözlərinə görə, bu cinayət işinin səbəbi "onun Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu" üzə çıxarmaqdır.
Tarix: 18-12-2017, 14:28