Səudiyyə kralı MKİ ilə bir arada! - Şeytani planlar cızılır?

Səudiyyə kralı MKİ ilə bir arada! - Şeytani planlar cızılır?
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının (SƏ) kralı Salman ben Əbdül Əziz Əl-Səud bazar ertəsi Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeonu qəbul edib. Səudiyyənin «SPA» agentliyinin verdiyi xəbərə görə, tərəflər Yaxın Şərqdə «situasiyanın inkişafı»nı müzakirə ediblər.
Bundan başqa, agentliyin məlumatına görə, tərəflər ABŞ və SƏ arasında münasibətlərin möhkəmləndirilməsi məsələsinə də toxunublar.


Bundan əvvəl, MKİ direktoru bəyan etmişdi ki, Səudiyyə Ərəbistanı təhlükəsizlik məsələləri üzrə İsraillə əməkdaşlıq edir. O, Ər-Riyada xeyli maraqlı, o qədər də məkrli bir çağırış da etmişdi: Terrorçuluğa və İrana qarşı durmaq məqsədilə, İsrail-ABŞ ittifaqına və Türkiyə ilə əməkdaşlığa qoşulun.

Bu çağırış ərəb ölkələrinin kəskin etirazına səbəb olmuşdu.

Göründüyü kimi, «triada»nın (ABŞ-İsrail-SƏ) iblisanə planları ara vermir…
Tarix: 19-12-2017, 08:06
Xəbəri paylaş





Xəbər lenti