Rza Zərrabın məhkəməsində ilginc səs yazısı, əsrarəngiz detallar

Rza Zərrabın məhkəməsində ilginc səs yazısı, əsrarəngiz detallar
Ayaqqabı qutularındakı rüşvət dollarları “universitet açmaq üçün yığılan pul” kimi təqdim ediblər
Azərbaycan əsilli iş adamı Rza Zərrabı həbs etdirən və ABŞ prezidenti Donald Tramp tərəfindən vəzifədən çıxarılan eks baş prokuror Bharara, keçmiş Xalq Bank müdir yardımçısı Hakan Atillanın məhkəməsinə qatılıb.

Amerikanın İrana embarqosunu pozmaqda ittiham olunan və Nyu Yorkda həbsdə olan Mehmet Hakan Atilla məhkəmədə özünü “əsla suçlu” bilməyib. Məhkəmənin 15-ci günündə ifadə verməyə davam edən Atilla, iş adamı Rza Zərraba saxta qida ticarətində heç bir şəkildə yol göstərmədiyini və telefon danışıqları zamanı da gizli kodlardan istifadə etmədiyini deyib.

Bank xaricində Zərrabla heç görüşmədiyni bildirən Atilla Zərrabla nə yemək yediyini, nə də çay-kofe içdiyini deyib. Atilla Zərrabdan xoşu gəlib-gəlmədiyi sualına isə "Xoşum gəlirdi deyə bilmərəm. Amma nəticədə bankın bir müştərisi idi" deyə cavab verdi.

Keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayanla heç vaxt görüşmədiyini deyən H.Atilla onu bir neçə dəfə tədbirdə çıxış edərkən, bir dəfə də təyyarədə gördüyünü deyib. Atilla Xalq Bankının keçmiş müdiri Süleyman Aslanla bağlı sualları da cavablayıb. Aslanla bank xaricində hər hansı sosial yaxınlığı olmadığını deyən H.Atilla S.Aslanla danya görüşlərinin bir az fərqli olduqlarını, amma bir-birlərinə hörmət etdiklərini dedi.

O, eyni zamanda Aslanın Zərrabla olan pul münasibətlərindən xəbəri olmadığığnı da vurğulayıb: “Yoxdu, məni həyatda ən çox təəccübləndirən hadisələrdən biri idi”.

H.Atilla eyni zamanda bildirib ki, S.Aslan evində tapılan ayaqqabı qutuları içindəki pul barədə soruşanlara "bir məktəb və universitetin qurulması ilə bağlı xeyriyyə məqsədilə toplanan pullardır” deyə cavab verib. O, Aslanın heç vaxt ona pul təklifi etmədiyini dedi.

Günortadan sonra ifadə verməyə davam edən Atilla Zərrabın Çin bankları ilə nə kimi işlər gördüyünü isə proses zamanı öyrəndiyini açıqladı. Zərrabın ilk dəfə həbs olunduğunu da televiziya vasitəsilə öyrənən Atilla azadlığa çıxandan sonra onunla heç görüşmədiyini, cəmi bir dəfə bankda gördüyünü, amma salamlaşmadıqlarını dedi.

Bundan başqa, Atillanın vəkilləri 25 sentyabr 2016-cı ildə Zərrabla əmisi olduğu deyilən, Əhəd Xabbaz Tamimi adlı bir nəfər arasında baş tutan telefon danışığının həm Azərbaycan dilində, həm də də ingilis dilində versiyalarını məhkəməyə təqdim etdi.

Zərrab telefon danışığında aşağıdakıları deyib: “Əhəd, vəziyyət elə deyil, sənə deyirəm. Burada çıxıb, “yaxşı, bu qələti mən etdim” desən, rahat edirsən. Başa düşürsən? Mən onsuz da günahımı qismən qəbul etdim. Başqa çarəm yoxdu, nə edəydim? Ömürlük həbs cəzası alaydım? Burada qanun yoxdur. Etmədiyin bir şeyi qəbul etmək zorundasan. Burada işlər belə gedir. Önəmli olan günahını qəbul etməyindir. Bu təzyiq təkcə Amerikada var, digər ölkələrdə yoxdur. Günahını etiraf etsən, azadlığa buraxılırsan. Durum bundan ibarətdir”.

Sevinc TELMANQIZI,
Musavat.com
Tarix: 19-12-2017, 20:32
Xəbəri paylaş





Xəbər lenti