Kürdlər maaş etirazına qalxdı - Qanlı toqquşmada 5 nəfər öldü, 100-ə yaxın yaralı var

Kürdlər maaş etirazına qalxdı - Qanlı toqquşmada 5 nəfər öldü, 100-ə yaxın yaralı var
İraq Kürd Muxtariyyətinin Süleymaniyyə şəhərində hökumət əleyhinə keçirilən nümayişlərdə 5 nəfər həyatını itirib, 93 nəfər isə yaralanıb.

Yaralılar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da olub.

Qarşıdurmaların baş verdiyi Ranya mahalında vəziyyətin getdikcə pisləşdiyi deyilir.

Kürdüstan Yurdsevərlər Birliyi və Kürdüstan İslam Birliyi partiyalarının qərargahları isə yandırılıb.

Nümayişlərin səbəbi korrupsiya və müəllimlərin maaşlarının gecikməsi olub/Axar.az.
Tarix: 20-12-2017, 07:43
Xəbəri paylaş





Xəbər lenti