Ərəblərdən Türkiyəyə həqarət

Ərəblərdən Türkiyəyə həqarət
Şeyx Abdullah bin Zayed türklәri 1916-cı ildә cinayәt törәtmәkdә ittiham edәn vә Rәcәb Tayyib Әrdoğanı hәdәf alan bir tviti retvit edәrәk paylaşıb.
Әrәb dilindә paylaşılan tvitdә Mәdinә şәhәrinin müdafәsinin qәhrәmanı Fәxrәddin Paşanın döyüş zamanı cinayәt törәtdiyi vә әrәblәrdәn pul vә dәyәrli әşyalar oğurladığı iddia edilib. Tvitin son cümlәsindә isә “bunlar Әrdoğanın ataları vә onların әrәblәrlә olan keçmişidir” fikri yer alıb. Tviti paylaşan şәxs Almaniyada yaşayan bir diş hәkimidir.

Türkiyә prezidentinin sözcüsü İbrahim Qalın mәsәlәyә münasibәt bildirib.

“Birlәşmiş Әrәb Әmirliklәrinin xarici işlәr nazirinin türklәrlә әrәblәri biri-birinә qarşı qoymağı hәdәflәyәn propaqanda yalanını retvit etmәsi utanc verici bir haldır. İngilislәrin planlarına baxmayaraq Mәdinәni müdafiә edәn Fәxrәddin Paşa idi. Türkiyә prezidenti Әrdoğana hücum etmәk yeni dәbdir?”; – deyә İbrahim Qalın bildirib.

Siam.az

Tarix: 20-12-2017, 07:47
Xəbəri paylaş





Xəbər lenti