Terrorçular hərbi hissəyə hücum edib

Terrorçular hərbi hissəyə hücum edib
Venesuelanın Miranda ştatında hərbi hissəyə hücum olunub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro deyib.

Məlumata əsasən, hücum edən silahlılar hərbi hissəndən 26 avtomat və 3 tapança apara biliblər. Hücum nəticəsində xəsarət alanlar barədə məlumat yoxdu.

Prezident Maduro hərbiçilərdən bu cür halların qarşısını sərt şəkildə almasını tələb edib.

Hadisəyə görə məsuliyyəti üzərinə axtarışda olan qiyamçı zabit Oskar Peres götürüb.
Tarix: 20-12-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti