Dəhşətli müharibə astanda: Əzəli düşmənlərin ordusu, texnikası, hərbi gücü: DÜNYA NƏ İTİRƏCƏK?

Dəhşətli müharibə astanda: Əzəli düşmənlərin ordusu, texnikası, hərbi gücü: DÜNYA NƏ İTİRƏCƏK?
Orta Şərqin iki əzəli düşməni İran və Səudiyyə Ərəbistanı arasında gərginlik getdikcə artır. Belə bir zamanda ekspertlər iki düşmənin müharibə edəcəyi tədirdə yaranacaq durumla bağlı proqnozlar verir.

Cebhe.info xəbər verir ki, Yaxın Şərq üzrə mütəxəssislərin fikrincə, müharibə başlayarsa, 4 mərhələ olacaq.


Əsrlərdir davam edən rəqabətin artıq düşmənçilik həddinə çatması hər iki tərəfdən müharibə mesajlarının verilməsini sürətləndirib. İki ölkə əhalisinin məzhəbi arasındakı fərq isə müharibənin daha dəhşətli ola biləcəyi təxminini yaradır. Son 1 həftə ərzində Əl-Riyadda kral Salman bin Əbdüləziz əl-Suudun rəsmi iqamətgahının Yəmən tərəfindən atəşə tutulmasında İran izinin aşkarlanması vəziyyəti daha da gərginləşdirib.



Yəməndəki şiə qrupu olan Husilərin Səudiyyəyə yönəlik təhdidləri kral sarayının mövqeyini daha da sərtləşdirib. İran Yəmənlə silah alış-verişinin olmadığını söyləsə də, bu fikrini əsaslandıra bilmir. “The Washington Institute'"un
Körfəz bölgəsi üzrə mütəxəssisi Maykl Knigts, NATO və ABŞ ordusuna Orta Şərq üzrə müşavirlik edən Antoni H.Cordesman, Con Hopkins Universitetinin nümayəndəsi Mara Karlin və Beynəlxaq Böhran Qrupunun İran bölməsinin direktoru Əli Vaiz BBC-yə bu mövzuda proqrama qatılıb.

Dəhşətli müharibə astanda: Əzəli düşmənlərin ordusu, texnikası, hərbi gücü: DÜNYA NƏ İTİRƏCƏK?

1-ci MƏRHƏLƏ

Mütəxəssislər bildirib ki, hazırda ölkələr faktiki olaraq qarşıdurma həddindədir. Bir tərəfdən Səudiyyə Ərəbistanının arxasında olan müxtəlif ölkə və qruplarla İranın xüsusilə İnqilab Keşikçiləri Ordusunun hərbi dəstək verdiyi qruplar arasında silahlı qarşıdurma var. Bu qarşıdurma Yəmən və Suriya başda olmaqla bir sıra ölkələrdə baş verir ki, bunlardan Yəmən Səudiyyənin cənub qonşusu olduğuna görə ikiqat əhəmiyyətlidir.

İki ölkə Suriyada fərqli tərəfləri dəstəkləyir. İraq, Livan və Bəhreyn də iki ölkənin qarşıdurma meydanı olan ölkələrdəndir. Ekspertlər xəbərdarlıq edir ki, hazırda davam edən "soyuq müharibə" əsl müharibəyə yə keçə bilər.

Dəhşətli müharibə astanda: Əzəli düşmənlərin ordusu, texnikası, hərbi gücü: DÜNYA NƏ İTİRƏCƏK?

2-ci MƏRHƏLƏ

Ekspert təxmininə görə, qarşıdurma müharibə mərhələsinə çatdığı təqdirdə ilk olaraq Hərbi Hava Qüvvələrinin zərbəsi başlayacaq. İran Hərbi Hava Donanması köhnə olsa da, hələlik yaxşı vəziyyətdədir. İranın əlində Körfəz müharibəsindən sonra İraqdan və 1980-cı illərdə Rusiyadan aldığı az sayda döyüş təyyarəsi var.

Səudiyyə Ərəbistanının Hərbi Hava Donanması isə İranla müqayisədə çox güclüdür. Bu ölkədə “Eurofighter Typhoon” və “F-15 Eagle” kimi son texnologiyaya sahib döyüş təyyarləri var.

İran Silahlı Qüvvələri 251500, Səudiyyədə isə 6563 min nəfər təşkil edir. Müharibə tankı birincidə 900, ikincidə 1513-dür. Topların sayı müvafiq olaraq 761 və 6798-dir. İranın dənizaltı gəmisi olmadığı halda, Səudiyyədə 21 ədəddir. Səudiyyə daha çox döyüş təyyarəsinə sahib olsa da, İranda ballistik raket sayı daha çoxdur . İran əlindəki raketlərlə Səuiyyə Ərəbistanında səhərləri vura bilər.
Hər iki ölkənin elektrik və su təsisatları hava hücumuna qarşı həssasdır.

Dəhşətli müharibə astanda: Əzəli düşmənlərin ordusu, texnikası, hərbi gücü: DÜNYA NƏ İTİRƏCƏK?

3-cü MƏRHƏLƏ

Mütəxəssislərin fikrincə, müharibə başlayacağı təqdirdə iki ölkə sərhədləri ilə məhdudlaşmayacaq. Səudiyyə Ərəbistanı ABŞ başda olmaqla İngiltərə və Fransa kimi bir çox Avropa ölkələrinin dəstəyini alacaq. İran isə Rusiya başda olmaqla İraqdan da dəstək qazanar. Bu qarşıdurma hətta İsraili də içinə ala bilr. Əgər ABŞ müdaxilə edərsə, itki İran üçün daha böyük ölçüdə hesablanır. ABŞ-ın hərbi müdaxiləsi müharibənin "qısa və sərt" olmasına şərait yaradacaq.

Dəhşətli müharibə astanda: Əzəli düşmənlərin ordusu, texnikası, hərbi gücü: DÜNYA NƏ İTİRƏCƏK?

4-cü MƏRHƏLƏ

Mütəxəssislər müharibədən sonrakı dönəm üçün də proqnoz verib. Onların fikrincə, müharibə qısa sürəcək və insan itkisi bu səbəbdən az olacaq. Ancaq təsiri uzun müddət davam edəcək. Zərər ilk növbədə müharibənin iqtisadi itkisi və enerji təsisatına vurduğu ziyanla hesablanacaq. Bu isə neft qiymətlərinin artmasına səbəb ola bilər. Bunun da nəticəsində dünya iqtisadiyyatında durğunluq yaranması gözlənilir.

Xəzər
Tarix: 21-12-2017, 14:25
Xəbəri paylaş





Xəbər lenti