400 maskalı Yamadayevlərin yaşadığı evlərə hücum edib –Çeçenistanda sensasion hadisə

400 maskalı Yamadayevlərin yaşadığı evlərə hücum edib –Çeçenistanda sensasion hadisə
Çeçenistanın Qudermes şəhərində 400 maskalı şəxs Yamadayevlərin ailə üzvlərinin yaşadığı evlərə hücum edib.

Bu barədə “Rosbalt” mənbəyə istinadən yazıb. Bildirilir ki, silahlı şəxslər heç bir izahat vermədən evlərə soxularaq, sakinləri saxlayıblar. Onların hansı bölmələrə aid olduğu hələlik dəqiqləşməyib, lakin Çeçenistan prezidenti Ramzan Kadırova tabe olduqları deyilir.

Yamadayev qardaşları Çeçenistanda ən məşhur ailələrdən biridir. 6 qardaş olan Yamadayevlər birinci və ikinci Çeçen müharibəsinin iştirakçıları olub. Sağ qalan İsa və Badruddi Yamadayevlər Çeçenistanın indiki prezidenti Ramzan Kadırovu qardaşları – Rusiya Dövlət Dumasının deputatı Ruslan Yamadayev və “Şərq” batalyonunun komandiri Sulim Yamadayevin ölümündə təqsirli bilirlər /APA.
Tarix: 21-12-2017, 22:32
Xəbəri paylaş





Xəbər lenti