"Türk və amerikalı əsgərlər Suriyanı dərhal tərk eləsin"

"Türk və amerikalı əsgərlər Suriyanı dərhal tərk eləsin"
Bəşər Cəfəri: "Türkiyə terrorçuluğa dəstək verdi, sərhədlərini terrorçuların keçidi üçün açdı"

Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqlarının səkkizinci turunda çıxış edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri, ABŞ və Türkiyədən ölkədəki əsgərlərini çıxarmasını istəyib. Sputnik Azərbaycan bu barədə "CNN Türk"-ə istinadən xəbər verir.


"Hökumətimiz ölkədəki türk hərbi varlığını təcavüzkarlıq olaraq qiymətləndirir. Türkiyə ilə yanaşı ABŞ əsgərləri də qeyd-şərtsiz dərhal Suriyanı tərk etməlidir" — Cəfəri bildirib.

"Türkiyə ilə aramızda dialoq yoxdur. Çünki onlar terrorçuluğa dəstək verdilər, sərhədlərini terrorçuların keçidi üçün açdılar" — suriyalı rəsmi əlavə edib.


Tarix: 22-12-2017, 20:28
Xəbəri paylaş





Xəbər lenti