Tehranda spirtli içki qəbul edən 230 gənc saxlanılıb

Tehranda spirtli içki qəbul edən 230 gənc saxlanılıb
İranda polis 230 gənci saxlayıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, buna səbəb gənclərin məclislərdə spirtli içki qəbul etmələridir.

140 nəfər Tehranın ucqar ərazilərində yerləşən parkda saxlanılıb. Baxış zamanı onların üzərindən spirtli içkilərlə yanaşı psixotrop maddələr aşkarlanıb.

Daha 90 nəfər paytaxtın digər rayonunda ələ keçib. Onlar spirtli içki qəbul etməklə yanaşı rəqs ediblər.

Qeyd edək ki, İranda spirtli içkilərin istehsalı və satışı qadağandır.

Siam.az
Tarix: 23-12-2017, 08:26
Xəbəri paylaş





Xəbər lenti