Rusiyanın 2018-ci il üçün hərbi xərcləri 46 mlrd. dollar təşkil edəcək

Rusiyanın 2018-ci il üçün hərbi xərcləri 46 mlrd. dollar təşkil edəcək Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2018-ci il üçün idarənin büdcəsini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, gələn il üçün hərbi xərclərə ÜDM-in 2,8 faizi və ya 46 milyard dollar ayrılacaq.

Nazir əlavə edib ki, Rusiya ordusu müasir və döyüş qabiliyyətlidir.

Müqayisə üçün qeyd edək ki, ABŞ-ın 2018-ci il üçün müdafiə büdcəsi təqribən 700 mlrd. dollar məbləğində nəzərdə tutulub.

Siam.az
Tarix: 23-12-2017, 08:40
Xəbəri paylaş





Xəbər lenti