Donbasda vəziyyət gərginləşir- Trampdan anti-Rusiya QƏRARI

Donbasda vəziyyət gərginləşir- Trampdan anti-Rusiya QƏRARI
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya letal (ölümcül) silahların, həmçinin “Javelin” tank əlehinə raketləri verilməsini bəyənib.

Publika.az xəbər verir ki, bu haqda Amerika məmurlarına istinadən “Assoşieyted Press” agentliyi bildirib.

Daha əvvəl "ABC News" telekanalı Dövlət Departamentindəki mənbələrə istinadən bildirib ki, Tramp Ukraynaya tank əlehinə raket sistemlərinin çatdırılmasını bəyənməyi planlaşdırır. Telekanalın mənbələrinin məlumatına görə, söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir.

Qanunvericiliyə uyğun olaraq prezident silahların çatdırılması barədə planı Konqresə göndərəcək. Konqres bir ay müddətində ona baxmalıdır.

Dekabrın 22-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib ki, Vaşinqton ərazi bütövlüyü və müstəqilliyin müdafiəsinin təminatı üçün Ukraynaya müdafiə silahlarının çatdırılması haqqında qərar qəbul edib.

Rəsmi Moskva isə ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.
Tarix: 23-12-2017, 10:37
Xəbəri paylaş





Xəbər lenti