Putin İsrail əsgəri barədə lətifə danışıb

Putin İsrail əsgəri barədə lətifə danışıb «AzPolitika.info» Rusiya KİVə istinadla verliyi xəbərə görə, Rusiyanın enerji həftəliyi çərçivəsində keçirilən plenar iclasda Prezident Vladimir Putin görür ki, aparıcı onun ünvanına həddindən artıq sual yönəldir. Prezident növbəti sualın verilməsini qabaqlayaraq, aparıcıya İsrail ordusu barədə lətifə danışır:
«İstəyirsiniz, sizə İsrail orlusu barədə bir lətifə danıqım? Gənc yəhudi əsgərdən soruşurlar:
– Tutuaq ki, sənə 20 terrorçu hücum edir – nə edərdin?
- «UZİ»ni götürüb, atəş açardım.
– Əhsən! Bəs, əgər sənin üstünə tank gələrsə?
- Minaatanı götürüb, özümü qoruyardım…
– Əhsən! Bəs, əgər sənin üstünə təyyarə, tank və terroorçular eyni vaxtda hücum edərsə?
Əsgər cavab verir: “Cənab general, necə yəni, mən bu orduda təkcə vuruşuram?
İndi mən də sizdən soruşmaq istəyirəm -burada təkcə mən çıxış edirəm?“
Tarix: 23-12-2017, 14:30
Xəbəri paylaş





Xəbər lenti