ABŞ Müdafiə nazirindən orduya: Savaşa hazırlaşın!

ABŞ Müdafiə nazirindən orduya: Savaşa hazırlaşın! Fırtına buludları Koreya yarımadasının üzərində toplanır.

Axar.az xəbər verir ki, bunu hərbçilərə müraciətində ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.

“ABŞ-ın sözləri güclü və hazırlıqlı qüvvələr tərəfindən dəstəklənməlidir. Bu zaman diplomatiya savaşın qarşısını ala biləcək”, – deyə o bildirib.

O, həmçinin, əsgərlərə “Bu da bir savaş: Hazırlıqsızlığın çalışması” kitabını oxumalarını tövsiyyə edib.

Qeyd edək ki, Norveçdə olan ABŞ dəniz piyadalarının komandanı general Robert Neller də regionda böyük müharibənin başlayacağı barədə əsgərlərinə xəbərdarlıq edib.
Tarix: 24-12-2017, 08:07
Xəbəri paylaş





Xəbər lenti