İnstaqram Kadırovu sıradan çıxartdı

İnstaqram Kadırovu sıradan çıxartdı Çeçenistanın prezidenti Ramzan Kadırov instaqram sosial şəbəkəsindəki hesabının məhdudlaşdırılmasından xoşbəxt olduğunu söyləyib.
“Uzun müddәtdir ki, bu şəbəkəni tərk etməyi düşünürdüm, ancaq dostlarım və abunəçilərim üçün əlverişsiz olduğunu düşünürdüm. Onlar instaqram və feysbukda dörd milyondan çox idilәr”, – deyә Kadırov teleqramdakı telekanalında 23 dekabr şənbə günü yazıb. Kadırov bildirib ki, bloklanmadan sonra instaqramın texniki dəstək xidmətinə müraciət edib, lakin cavab verilmәyib. Kadırov yazır ki, şirkət rəhbərliyi rəsmi Vaşınqtondan asılı olmadığı görüntüsün yaradır. Bundan başqa, çeçen lider adının “Maqnitski siyahısına” daxil olduqdan dərhal sonra təqib olunduğuna da diqqət çəkib.

Siam.az
Tarix: 24-12-2017, 08:59
Xəbəri paylaş





Xəbər lenti