Rusiya, ABŞ, İran və Türkiyə Qarabağda müharibə istəmir - ilginc səbəblər

Rusiya, ABŞ, İran və Türkiyə Qarabağda müharibə istəmir - ilginc səbəblər
Aprel döyüşlərindən iki il keçəndən sonra ermənilərin ağlı başına gəlib ki, həqiqətən Azərbaycan ordusunun döyüş hazırlığı yüksək səviyyədədir

Palitika.Az-ın Siyasət Şöbəsinin yaydığı xəbərə görə, həqiqətən də Azərbaycan ordusu nəinki işğal olunmuş Qarabağ ərazilərini, həm də ötən əsrdə siyasi işğala məruz qalmış Qərbi Azərbaycan ərazilərini azad etmək iqtidarındadır.


Uzun müddət aprel döyüşlərinin nəticələrini gizlətməyə çalışdılar. Amma indi erməni xalqını qorxutmaq üçün deyirlər Azərbaycan ordusu hər an hücuma keçə, torpaqları işğaldan azad edə bilər. Həqiqətən Azərbaycan hər an döyüşlərə başlaya bilər.

Digər tərəfdən, Ermənistan yəqin ki, Rusiya və Qərblə ikili oyun oynayır. Bu kimi məlumatları tirajlamaqla onlara demək istəyirlər ki, bizə yardım etmirsiniz.

Rəy formalaşdırmağa çalışırlar ki, burada böyük bir təhlükə var. Ya da NATO-ya üz tuturlar ki, “bizə kömək edin!”.

İri dövlətlərin də hamısının marağında budur ki, Qarabağda müharibə yenidən başlamasın, Azərbaycan da torpaqlarını işğaldan azad etməsin.

Yoxsa şans versəydilər, Azərbaycan heç kəsin yardımını gözləmədən torpaqlarını qısa müddətdə azad edə bilərdi.

Çünki Azərbaycan ordusu yüksək səviyyəyə gəlib çatıb və məsələni qısa bir vaxtda həll etməyə qadirdir.

Dağlıq Qarabağda son dövrlərdə gərginliyin azalması xarici qüvvələrin - Rusiya və ABŞ-ın təsirinin nəticəsidir. Heç kimə, hətta Türkiyəyə də Qarabağ konfliktinin eskalasiyası lazım deyil.

Gərginlik artanda aydın idi ki, konfliktin eskalasiyası davam edəcək, amma görünür, xarici qüvvələr tərəflərə təzyiqlər ediblər.

Palitika.Az-ın Siyasət Şöbəsinin yaydığı xəbərə görə, müharibə ehtimalı yüksəkdir. Rusiyalı politoloq Pavel Felgenhauer söyləyib ki, gərginliyin yumşalıb və ya sərtləşdirilməsi konflikt iştirakçılarının qərarından asılıdır:

“Müharibəni boş yerə başlamırlar. Kimsə faydalı olduğunu biləndən sonra müharibə qərarını verir. Görünür, indi tərəflərdən heç birində belə qərar yoxdur. İkincisi isə tərəflərə xaricdən ciddi təzyiqlər olub.

Bu gün nə Rusiya, nə ABŞ, nə İran, nə Türkiyə, nə də hansısa başqa dövlətə Qarabağ konfliktinin gərginləşməsi lazımdır. Onların öz problemləri var.

Onlar cəbhədə vəziyyətin sakitləşməsindən sonra Qarabağı unutdular, ona görə ki, özlərinin daha ciddi problemləri var idi.

Keçən həftə mən Vaşinqtonda ABŞ prezidentinin müşaviri Herbert Makmasterin olduğu konfransda iştirak etdim. Makmaster çoxlu sayda müxtəlif konfliktlərdən danışdı, amma o, Qarabağdan bir söz belə dilə gətirmədi.

Hər kəsin problemi kifayət qədərdir. Qarabağ xarici qüvvələrin radarlarında yalnız buradakı gərginliyin yeni savaş başladacağı aydın olanda tərpənir. O zaman hər kəs təzyiq edir ki, tərəflər hərbi fəaliyyətləri dayandırsınlar.

Siz sakit oturduğunuz müddət ərzində dünya sizi unudur. Situasiya pisləşəndə hadisələr qızmar olur və bu onları maraqlandırır.

Bir sözlə, mən Qarabağın həlli ilə bağlı heç bir gələcək görmürəm. Bu gün baş verənlər müvəqqəti sakitlikdir.

Tərəflərdən hansısa biri nəsə tətbiq etməyin zamanı gəldiyini düşünəndə bu, xarici dünya üçün sürpriz olacaq”.

Aprel müharibəsi göstərdi ki, erməni ordusunun silahlanma və hərbi hazırlıq baxımından ciddi çatışmazlıqları var.

Əgər Azərbaycan apreldə dayanmasaydı, o zaman hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin olardı.

Azərbaycanda zərbə endirəcək pilotsuz aparatlar mövcuddur. Aprel savaşında onlar erməni zirehli maşınları və texnikasını məhv etdilər.

İrəvanın belə aparatları yoxdur, hətta Rusiyada da bu mövcud deyil. Azərbaycan indi bəzi şeylərdə Rusiyadan daha irəliyə gedib.

Ona görə ki, onlara bu texnikanı İsrail tədarük edir. Rusiya isə belə şeyləri özü istehsal etmək gücündə deyil.

Ermənistan keyfiyyətli hərbi texnika baxımından çox geri qalır. Ermənistanda texnika sovetdən qalıb, Azərbaycan isə texnikasını İsraildə modernləşdirib.
Tarix: 24-12-2017, 20:18
Xəbəri paylaş





Xəbər lenti