QRU polkovnikinin yoldaşı da zəhərlənib? - Müəmmalı durum

 


   
Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın 2012-ci ildə ölən həyat yoldaşı Lüdmila Skripalın da zəhərlənməsi ilə bağlı şübhələr yarandığı üçün qəbri açılaraq, ekspertizaya göndərilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik” yayıb.
Məlumata görə, Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsindən sonra 240-a yaxın şahid dindirilib. Dindirilmə zamanı Sergey Skripalın həyat yoldaşı Lüdmilanın sənədlərdə ölüm səbəbi kimi xərçəng göstərilməsinə baxmayaraq, qonşuları onun avtomobil qəzasında öldüyünü söyləyib. Bundan sonra keçmiş polkovnikin həyat yoldaşının da zəhərlənməsi ilə bağlı şübhələr yaranıb.
Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya mətbuatı Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanın əli olduğunu bildirib.
Tarix: 11-03-2018, 07:52
Xəbəri paylaş





Xəbər lenti