Ağdaş Rayon Mərkəzi Xəstəxanasının iki tenderi baş tutmadı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının iki tenderi -“Təsərrüfat və digər malların satınalınması” və “printer və proyektorun satınalınması” ləğv edilib.24xeber.az Aran.Media ya istinadən xəbər verir ki, buna səbəb Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.
Bu da DSQ 36.1.1.-ci maddəsi ilə tənzimlənir.
Xatırladaq ki, bu ilin fevralında Ağdaş Rayon Mərkəzi Xəstəxanasına TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi İntiqam İbrahimova həvalə olunub.
Tarix: 15-10-2024, 09:50