AQTA regionlarda QOÇULUQ EDİR - NARAZILIQ


Lənkəran rayonu, Şıxəkəran kənd sakini Tahirov İlkin Qurban oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, səbəbini bilmədən Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) tərəfindən 1500 manat məbləğində cərimə olunub:

“Mən, Tahirov İlkin Qurban oğlu, yazaraq sizdən xahiş edirəm ki, şikayətimi dərc edəsiniz.

Bildirim ki, mən Lənkəran rayonunda qəssab işləyirəm. İndiyə kimi Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) mənə müraciət edən olmayıb. Mənə məlumat verilməyib ki, yeni kəsim yeri açılıb, heyvanlarımızı daha orada kəsməliyik. Amma digər qəssablara yaxınlaşıb, bildiriş verib xəbərdarlıq ediblər.

AQTA-nın əməkdaşları obyektimə çəkiliş ilə gəldilər. Mənim də obyektim çox təmiz və səliqəli yerdir. Qeyd edim ki, yeni obyekt tikmişəm.

Səbəbini belə, bilmədən məni 1500 manat məbləğində cərimə etdilər. Soruşdum ki, hansı səbəbə görə məni 1500 manat məbləğində cərimə edirsiz? Guya sizin orada kəsim yeriniz düzdür? 17 və ya 19 manat qəbzdə pul yazılıb, 59 manat pul alırlar. Üstəlik, həmin yer natəmizdir.

Kimə dərdimizi deyək? Bu hal təkcə Lənkəran rayonunda yaşanır. Məni ona görə 1500 manat cərimə etdilər ki, maşınım, obyektim var.

Digər qəssab yoldaşımı isə 4 min manat məbləğində cərimə ediblər. Veriblər məhkəməyə, həmin şəxsin pensiyasından hər ay 100 manat tuturlar. Başqa bir qəssab dostumu isə 900 manat cərimə ediblər.”

Vətəndaşın şikayəti ilə bağlı 04.10.2024-ci il tarixində Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə (AQTA) sorğu ünvanlasaq da, hələ də redaksiyamıza məlumat verilməyib. Məsələni diqqətdə saxlayacağıq.

AQTA regionlarda QOÇULUQ EDİR


Tarix: Bu gün, 11:15
Xəbəri paylaş





Xəbər lenti