"Asfalt Raqib" məhkəməyə verildi

"Lənkəran Yol Tikinti" ASC məhkəməyə verilib.
 
Pravda.az-ın xəbərinə görə, ASC ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciəti "Muğanbank" ASC (Ləğv prosesindədir) edib. 
 
Mahiyyəti kredit müqaviləsi üzrə mübahisələr olan iş hakim Zaur Abbasovun icraatındadır.
 
Qeyd: Lənkəran Asfalt Zavodunun direktoru Raqib Məmmədovdur. O,  "Asfalt Raqib" kimi tanınır.
Tarix: Bu gün, 17:54
Xəbəri paylaş





Xəbər lenti