Dünya bir anda dayansa nə olar? - İnsanlar kökələcək, Şərq təhlükəyə düşəcək, son sözü Ay deyəcək - NASA




Ekvatorda dünyanın fırlanma sürəti saatda 1770 km-ə çatır.

Cebhe.info xəbər verir ki, bu sürət hətta ən yüksək sürətli təyyarənin də bir saatda qət edə biləcəyi yoldan 2 dəfə artıqdır. Bir anlıq düşünün: Dünya bir anda dayansa nə olar?

Mütəxəssislər də məhz bunu araşdırıb. 

Dünyada nə yaranacaq?

Dünya bir anda dayanarsa, ən çox təhlükə Şərqi gözləyir. Belə təsəvvür edin ki, 1600 km sürətlə hərəkət edən avtomobil birdən dayansa, hər şey Şərqə doğru hərəkət edəcək. NASA-nın araşdırmasına görə, əgər dünya dayandığı zaman qütblərə yaxın olsanız və ya o əsnada təyyarədə olsanız, qısa müddətlik də olsa özünüzü şanslı hesab edə bilərsiniz. Ancaq bu şans da qısa müddətlikdir. Dünya dayansa, qısa müddət sonra hündür dalğalar xəritəni başdan-başa dəyişəcək. Dünyada biri güneydə, biri də quzeydə olmaq şərtilə iki okean yaranacaq. Ekvatorun çevrəsində isə yeni qitə əmələ gələcək. Yəni, dünya xəritəsi tamamilə dəyişəcək.

Yeri gözləyən tale

Dünya br anlıq dayanarsa, bir tərəfdə 6 ay gecə, digər tərəfdə 6 ay gündüz olacaq. Mütəxəssislər deyir ki, belə olduğu təqdirdə ən ideal həyat şəraiti gecəylə gündüzün bərabərləşdiyi yerlərdə olacaq. Əgər dünya dayanarsa, onun qoruyucu dairəsi də yox olacaq. Başqa sözlə desək, Marsın başına gələn bu dəfə də Yerin başına gələcək.
Son sözü Ay deyəcək

Əgər hətta insanlar son texnoloji yeniliklərlə bu problemləri aradan qaldırsalar belə, son sözü Ay deyəcək. Stanford Universitetinin professoru Vaughan Prattın sözlərinə görə, dünya bir anda dayanarsa, Ay da  dünyadan uzaqlaşacaq və sürətli bir şəkildə planetimizlə toqquşacaq. 

İnsanlar bir anda kökələcək

Dünya dayanarsa, bütün canlılar bir anda kökəlməyə başlayacaq. Cünki canlıları formada saxlayan amillərdən biri də dünyanın fırlanmasının cazibə qüvvəsinə təsiridir. 

Ən şanslı insanlar

Tutaq ki, dünya bir anda dayandı, o zaman ən şanslı insanlar kimlər olacaq? Bu suala da NASA cavab verib. Hesablamalara görə, hazırda kosmosda 6 nəfər var və onlar dünyadakı ən şanslı adamlar hesab edilə bilər. 

Və sonda... 

Və nahəyat NASA xoş xəbəri verir. Mütəxəssislər nə qədər dünyanın frlanma sürətinin getdikcə azaldığını bildirsələr də, dünyann bir anda dayanmaq ehtimalı yoxdur.

Xəzər

Tarix: 11-03-2018, 21:41
Xəbəri paylaş





Xəbər lenti