İsrail əsgərləri mobil telefonlar vasitəsilə tələyə salınıblar


 

İsrail əsgərləri açıq-saçıq geyinən qızların görüntülərinə aldanaraq, öz telefonlarına şübhəli proqramlar yükləyiblər. Həmin proqramın isə casus məqsədilə istifadə olunduğu ortaya çıxıb.

Almaniyanın “Suddeutsche Zeitung” qəzetinin məlumatına əsasən, indi ordu rəhbərliyi hadisənin konkret günahkarlarını axtarmaqla məşğuldur.

Müəllif Aleksandra Föderl-Şmidin yazdığına görə, israilli qızlarla əylənmək istəyən əsgərlər Glancelove, Wink Chat və Golden Cup adlı, tanışlıq proqramlarını telefonlarına yükləyiblər. Həmin hərbçilərlə əlaqəyə girən qızlar yəhudi adlara malk olub və təmiz ivrit dilində yazmağı bacarıblar.

Əslində isə əsgərlər olduqca başdöndürücü virtual tələyə düşüblərmiş. Belə ki, sonradan həmin cəzbedici proqram əlavələrinin casus mənşəli olduğu ortya çıxıb.

ddddddddddddd.JPG (36 KB)

İsrail hərbi kəşfiyyatı bunun üçün hətta “Sınmış ürək” adlı əməliyyat keçirib. Əməliyyat zamanı qızların fotolarının və onlar haqqında şəxsi məlumatların Facebookdakı həqiqi profillərdən oğurlandığı aşkar edilib.

Yazıda qeyd olunduğu kimi, casus proqram təminatlarının qurbanları “Android” sistemi ilə işləyən telefon sahibləri olublar. Bu proqramlar vasitəsilə həmin əsgələrin telefonlarındakı fotolara, videolara, habelə digər konfidensial informasiyalara sahib olmaq, hətta əsgərlərin harada yerləşdiyini müəyyən etmək mümkünmüş.

Bundan başqa bəhs edilən proqramlar telefonlardakı digər insanların nömrələrini və ünvanlarını ələ keçirmək imkanı verib. Ən maraqlısı bundan ibarətdir ki, smartfonlarda sahibin özünün xəbəri olmadan videokamerını işə salmaq, hətta onların nə danışdığını da izləmək mümkün olub.

Israeli-soldier-800x445.jpg (46 KB)

İsrail xüsusi xidmət orqanları bu casusluq fəaliyyətinin arxasında “Həmas” təşkilatının durduğundan əmindirlər. İsrail hərbçilərinin sözlərinə görə, “Həməs” sosial şəbəkələrdəki profillərdəki məlumartlardan istifadə etməklə dəfələrlə əsgərlərlə kontakt qurmağa cəhd edib.

Lakin israilli kəşfiyyatçılar ictimaiyyəti “Həmas”in öz məqsədinə çata bilmədiyinə inandırmağa çalışırlar.

“Hər halda “Həmas” artıq “sındırılmış” (yəni proqramına gisli olaraq daxil edilmiş) smartfonlar vasitəsilə Qəzza bölgəsinidəki sərhədlərin fotoçəkilişini aparmağa, o cümlədən, İsrailin hərbi bazaları və texnikası barədə məlumat əldə etməyə nail olub”, - məqalədə qeyd edilir.

Musavat.com

Tarix: 12-07-2018, 14:30
Xəbəri paylaş





Xəbər lenti