Polis “qanuni oğru”nu qapıda qarşıladı: Nazirdən tapşırıq var


Udmurtiyada 7 illik həbsxana həyatından sonra "qanuni oğru" Ramaz Dzeniladze qanunsuz miqrant statusu qazanıb.

Bu isə onun ölkədən deportasiya edilməsi üçün əsas verir.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, 56 yaşlı "oğru" həbsxanadan çıxanda onu polis əməkdaşları qapıda qarşılayıb.

"Oğru"ya daxili işlər nazirinin ölkədən deportasiya edilməsi barədə qərarı çatdırılıb.

Prosesin hüquqi tərəfi həll edilənə qədər "qanuni oğru" qanunsuz miqrantlar üçün nəzərdə tutulan mərkəzdə saxlanılacaq. 

Tarix: 12-07-2018, 23:35
Xəbəri paylaş





Xəbər lenti