Tramp Helsinkidə hamını şok edə bilər – Avropalı deputat



ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinkidə görüş zamanı elə bir addım ata bilər ki, həm öz administrasiyası, həm də avropalı müttəfiqləri bundan şoka düşər.

Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Avropa Parlamentinin Çexiyadan olan deputatı Yaromir Koqliçek deyib.

O qeyd edib ki, D.Trampın davranışlarına əsasən, bu qənaətə gəlib:

“Mənə elə gəlir ki, Amerika liderinin əlində həmişə ehtiyat “kozır” var”.

Qeyd edək ki, iyulun 16-da ABŞ və Rusiya liderləri arasında Helsinkidə görüş keçiriləcək. Görüşün əsas müzakirə mövzusu Suriyadakı vəziyyətin nizamlanması olacaq. Bundan başqa İraq, Yəmən, Liviya və Ukraynadakı vəziyyət də nəzərdən keçiriləcək.

Tarix: 13-07-2018, 14:31
Xəbəri paylaş





Xəbər lenti