Adnan Oktarın sərvəti: 86 şirkət, müsadirə olunan trilyonlar və... - FOTOLAR


“Hoca”nın lüks həyatı göz qamaşdırır

İyulun 11-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan Adnan Oktarın bütün malı-mülkü müsadirə edilib. Kediciklərlə apardığı proqramla hər zaman gündəmdə olan Adnan Oktarın müsadirə olunan mülkləri, lüks həyatı görənləri sözün əsl mənasında, şoka salıb.

Polislərin keçirdiyi əməliyyatda Adnan Oktarla birgə onun 235 tərəfdarı da həbs edilmişdi. A.Oktarın evində və iş yerində axtarışlar aparan polislər bir çox gizli sənədləri də ələ keçirib.

Adnan Oktarın trilyonlara bərabər olan mülklərini də elə polislər mətbuata təqdim edib.

Musavat.com bu yazıda sizi həbs edilən “Hoca”nın müsadirə edilən mülkləri ilə tanış edəcək.

Kandillidə boğaz mənzərəli villa...

Şantaj şəbəkəsi qurmaqla ittiham edilən Adnan Oktarın İstanbulda dəniz qırağında boğaz mənzərli 30 hektarlıq meşəliyi əhatə edən villası var. “Hoca”nın evindən çıxan “Cartier” markalı bahalı saatlar, “Lacoste”, “Beymen” və “Vakko” kimi bahalı geyim firmalarından olan paltarları da diqqət çəkib.

Həyətində “Cherookee” və “Mercedes” markalı avtomobillər var. Bu villaya gedib çata bilmək üçün 750 metrlik özəl bir yoldan keçilir. Villaya çatana kimi yolboyu ağacların üzərində kameralar mövcuddur. Təxminən villaya çatana qədər 50-yə yaxın kamera baş verənləri müşahidə edir. Evdə olan çoxlu sayda xüsusi peyk-antenləri də diqqət çəkib.

ÐаÑÑинки по запÑоÑÑ KANDÄ°LLÄ°'DE 180 DERECE BOÄAZ MANZARALI SARAY

Onu da qeyd edək ki, yay aylarında Adnan Oktarın həyətindəki hovuz kənarında sosial insanların da qatıldığı böyük əyləncələr təşkil edilirdi.

Tikdirdiyi evlərin bir çoxunda padişahları xatırladacaq taxtlar var. Xüsusilə də evdəki əşyaların bir çox hissələri qızıl ilə bəzədilib. Trilyonlarla sərvəti olan Adnan Oktarın konkret olaraq məlum olan bir iş yeri yoxdur.

Silivri Fenerköydə 40 hektarlıq villa...

Adnan Oktarın İstanbulda daha bir ağlasığmaz iri villası var. Silivri Fenerköydə yerləşən bu villa 40 hektarlıq bir ərazini əhatə edir. Əraziyə girişdə xüsusi naxışlarla bəzədilmiş yekə qapılar diqqət çəkir. Bu evin dörd bir yanına xüsusi kameralarla nəzarət olunurdu.

Qeyd edək ki, Adnan Oktar avtomobili ilə polisdən qaçarkən yaxalanıb. Saxlanıldığı zaman avtomobildə içərisində 50 min lirə olan çanta, 400 ədəd yaddaş kartları, silahlar və mərmilər ələ keçirilmişdi.

Məhkəmə qərarı ilə Adnan Oktarın qurduğu şəbəkəyə xidmət edən 86 şirkət də müsadirə edilərək, rəhbərləri həbs edilib.

Turan Oruc,
Musavat.com

Adnan Oktar'ın Lüks YaÅamı!

Adnan Oktar'ın Lüks YaÅamı!


Tarix: 20-07-2018, 17:18
Xəbəri paylaş





Xəbər lenti