“Problemlərin əsas səbəbi İsrailin varlığıdır”




İsrailin mübahisəli milli dövlət qanunu bölgədəki problemləri xronikiləşdirəcək. Bu qanuna bütün dünya reaksiya göstərməlidir.
Siam.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri AKP millət vəkili Orxan Atalay deyib.
“Əslində milli dövlət 20-ci əsrin dəbidir. Bu anlayış uzun bir müddət sınaqdan keçirildikdən sonra digərini təcrid edən, ya da assimilyasiyaya uğradan, yox sayan, varlığını qəbul etməyən strukturuna görə heç bir zaman sülhə, birlikdə yaşamağa, demokratiyaya, azadlığa qapı açmadı. İsrailin qəbul etdiyi bu qərarı qınamaq lazımdır. Çünki bu yüzillikdə nə yazıq ki, xüsusən 1947-48-ci illərdən bu yana İsrail dövlətinin yaranması ilə Yaxın Şərq ciddi mənada sülhə həsrət qalmışdır. Yaxın Şərqdəki sülhü dinamitləyən, barışı ortadan qaldıran, insanları sülhə həsrət buraxan yeganə təməl problem, problemlərin əsas səbəbi İsrail dövlətinin varlığıdır”, – Atalay bildirib.

Tarix: 22-07-2018, 22:43
Xəbəri paylaş





Xəbər lenti