İsrailin hava hücumundan müdafiə sistemlərindən həyəcan siqnalı: ƏSƏD HÜCUMA KEÇİB?

 Suriya hökumətinin ölkənin cənubunu, İsrail sərhədinə yaxın bölgələrini təmizləmək məqsədilə elədiyi hücumlar zamanı atdığı raketlər səbəbindən İsrailə məxsus hava hücumundan müdafiə sistemlərinin həyacan siqnalı çaldıqları bildirilir.
İsrail ordusundan verilən açıqlamaya görə, müxalifətçilərlə silahlı toqquşma zamanı Suriya hökumət qüvvələri tərəfindən raket atılmasından sonra bu səhər (İsrail tərəfindən işğal edilmiş Suriya torpaqları olan) Golan təpələrində yerləşdirilmiş İsrailə məxsus hava hücumundan müdafiə sistemlərinin həyəcan siqnalları işə düşüb və müdafiə sistemlərindən Suriyaya iki ədəd raket atılıb. Raketlərin bir-birini vurub-vurmadığı ilə bağlı heç bir açıqlama verilməyib.
Açıqlamada, Suriyadakı daxili müharibə zamanı atılan raketlərin İsrail tərəfinə çatmadığı, insan itkisinə və maddi zərərə səbəb olmadığı qeyd edilib.
Suriya hökuməti iyunun 20-də Rusiyaın havadan dəstəyi ilə ölkənin cənubundakı Dera bölgəsində hərbi əməliyyata başlayıb. İyulun 6-da isə Rusiya ilə hərbi müxalifət arasında Derada daimi atəşkəs və köçürülmə məsələsində razılaşma əldə edilmişdi. Hökumət qüvvələri Deranın böyük bir hissəsini təmizlədikdən sonra həftənin əvvəlində İsrail sərhəd xəttinə yönəlmişdilər.
Hurriyyet.org
Tarix: 23-07-2018, 19:28
Xəbəri paylaş





Xəbər lenti