Türkiyənin Meksikadakı səfirliyində səfirin ikinci katibəsi olaraq işləyən 29 yaşlı qadın yoxa çıxıb.
Publika.az xəbər verir ki, Türkiyə vətəndaşı olan qadının yoxa çıxmamışdan öncə iyulun 2-də səfirliyə elektron poçtla xəstə olduğunu və xəstəxanaya getdiyini yazdığı deyilir.
İyulun 17-də səfirliyin əməkdaşları qadının evinə getsələr də, onu tapa bilməyiblər. 23 iyulda qadından içi boş məktub alıblar, bundan sonra səfirlik hüquq-mühafizə orqanlarına müraciət edib.
Meksika Baş prokurorluğu yoxa çıxan qadınla bağlı cinayət işi açıb.
“Türkiyə vətəndaşı olan 29 yaşlı qadının itməsi ilə bağlı xüsusi araşdırma başlanılıb. Qadının 2 iyuldan bəri harada olduğu bilinmir”, - deyə Meksika prokurorluğunun məlumatında bildirilir.