Lukaşenkodan sonra nazir də Avropanı "qaz"la hədələdi


Lukaşenkodan sonra nazir də Avropanı "qaz"la hədələdi

Belarusun Avropaya qaz tranzitini dayandırması Minskin Qərbin sanksiyalarına gözlənilən cavab ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Belarus Respublikanın xarici işlər naziri Vladimir Makei "RT" telekanalına bildirib.
Rəsmi Minskin bütün xarici tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu vurğulayıb. "Bununla belə, Belarus ona qarşı tətbiq edilən istənilən sanksiyalara mütləq cavab verəcək", - deyə diplomat xəbərdarlıq edib.
Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenko da bir neçə gün əvvəl bu barədə xəbərdarlıq etmişdi. "Polşa sərhədi bağlasa, ölkə ərazisindən qaz tranzitini dayandırmağa hazırdır", - deyə dövlət başçısı bildirmişdi.
Bu bəyanatı şərh edən Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kreml Belarus hakimiyyətinin sərt bəyanatlarına rəğbət bəsləyir.
Bununla yanaşı, Moskva vəziyyətin Rusiyanın Avropa qaz alıcıları qarşısında öhdəliklərinin pozulmasına gətirib çıxarmayacağını gözləyir.
Tarix: 19-12-2021, 10:05
Xəbəri paylaş





Xəbər lenti