Heroin və “met”: Taliblərin hakimiyyətə gəlişi ilə ölkədə narkotik ticarəti çiçəklənib... - REPORTAJ

Heroin və “met”: Taliblərin hakimiyyətə gəlişi ilə ölkədə narkotik ticarəti çiçəklənib... - REPORTAJ
Əfqan bazarlarının birində açıq şəkildə tiryək satılır
 
Əfqanıstanın cənubundakı kəndlərn birində kiçik bir otaqda içərisində parlaq ağ kristallar olan şəffaf plastik torbalar dağı göndərilməyə hazırdır. Bu, "eksport üçün keyfiyyətli" qısaldılmış şəkildə “met” adlandırılan metamfetamindir.
 
Moderator.az BBC-nin rus xidmətinin Əfqanıstandan hazırladığı reportajı oxucularına təqdim edir.
 
Otaqda bazar dəyəri 2,6 milyon dollar olan 100 kiloqram narkotik maddə var. Tezliklə o, bütün dünyaya, uzaq Avstraliyaya qədər daşınacaq. Həyətdə yeni partiyaların hazırlandığı iki çəlləkdən tüstü qalxır.
 
Narkotiklər yerli iqtisadiyyatın mühüm hissəsidirTaliblər tərəfindən hakimiyyət ələ keçirildikdən sonra narkotik ticarəti daha da çiçəklənir. Əvvəllər Əfqanıstan ilk növbədə heroinlə əlaqələndirilirdi, lakin indi təhlükəli asılılıq potensialına malik psixostimulyator olan kristal metamfetaminin istehsalı üçün əsas mərkəzə çevrilib. Rusiyada və bir sıra digər ölkələrdə o, qadağan olunmuş dərman kimi təsnif edilir, ABŞ-da tibbdə "deoksin" ticarət markası adı ilə istifadə olunur.
 
BBC-nin bu bizneslə əlaqəli həmsöhbəti anonimlik şərti ilə bildirib ki, təkcə ölkənin cənub-qərbindəki bir ucqar ərazidə hər gün təxminən üç ton metamfetamin istehsal edən 500-dən çox müvəqqəti laboratoriya var. Bum puştu dilində “oman adlanan adi yabanı efedra otunun tərkibində met”in əsas tərkib hissələrindən birinin, efedrinin olduğu aşkar edildikdən sonra başladı. Səhranın ortasındakı efedra mərkəzi kimi tanınan bazar onu əvvəlkindən daha çox miqdarda satır.
 
Əvvəllər taliblər efedra istehsalçılarını və tədarükçülərini vergiyə cəlb edirdi, bu yaxınlarda onun becərilməsini tamamilə qadağan edən bir fərman verdi, lakin sənəd geniş ictimaiyyətə açıqlanmadıQeyri-leqal fabriklər istehsalı azaltmadı. Həmsöhbətimiz təbəssümlə dedi ki, görülən tədbirin yeganə nəticəsi metamfetaminin topdansatış qiymətinin iki dəfə bahalaşması olub və artıq yığılmış efedra ehtiyatı uzun müddət bəs edəcək.
 
Əfqanıstanın narkotik ticarəti üzrə aparıcı ekspert Devid Mensfild işləyən laboratoriyaları göstərən kosmosdan çəkilən şəkillər əsasında "met" istehsalının miqyasını təxmin edir. Onun sözlərinə görə, fərman 2021-ci il efedra məhsulu artıq yığılan zaman verilib və onun təsiri gələn iyul ayına qədər, yəni yenisi yetişənədək hiss olunmayacaq.

Taliblər hələ ki, qeyri-leqal fabriklərlə mübarizə aparmırlar
 
Devid Mensfildin sözlərinə görə, Əfqanıstanda metamfetamin istehsalı adi heroin istehsalını ötüb keçib. Bu o demək deyil ki, ənənəvi narkotik biznesi geriləyir. Heroinin xammalı xaşxaşdan əldə edilən tiryəkdir. Onun dünya üzrə istehsalının təqribən 80%-i Əfqanıstanın payına düşür və o da əkilir.
 
Son həftələr bütün ölkədə kəndlilər yorulmadan çalışırlar: tarlaları hazırlayır və tiryək əkirlər. "Biz bunun zərərli olduğunu bilirik, lakin digər məhsullar sərfəli deyil. Vəziyyət tez-tez baş verən quraqlıqlarla daha da ağırlaşır. Quyular qazılmalıdır və əgər siz suvarılan yerə bamya (tərəvəz bitkisi, bamya və abelmos kimi də tanınır) və ya pomidor əksəniz, çəkdiyiniz xərcin yarısını ödəməyəcək”, - deyə Qəndəhar yaxınlığında yaşayan Məhəmməd Qani öz əkin sahəsini səylə dırmıqlayaraq bildirir.
 
“Taliban”ın xaşxaş becərilməsinə qadağa qoya biləcəyi ilə bağlı şayiələr qiymətləri artırır və bu da öz növbəsində fermerləri onu daha çox əkməyə həvəsləndirir. Hələ ki, ticarət çiçəklənir. Əvvəllər tiryək alverçiləri korrupsioner məmurlara rüşvət verib gizli fəaliyyət göstərirdilərsə, indi bazar piştaxtalarında onun qatı qara rəngli əzməsini açıq şəkildə satırlar. ““Taliban” ölkəni azad edəndən sonra biz də tam azad olduq”, - deyə onlardan biri gülərək bildirir.
 
Taliblər mövzuya həssas yanaşırlar. Onlar Gilmənd əyalətində böyük və məşhur tiryək bazarını çəkməyi bizə qadağan etdilər, dedilər ki, bura “məhdud ərazidir”. Əyalət mədəniyyət komissiyasının rəhbəri Hafiz Rəşiddən qadağanın bəzi “Taliban” rəhbərlərinin narkotik ticarətindən qazanc əldə etməsi ilə bağlı gəzən şayiələrdən qaynaqlandığını soruşduqda o, əsəbləşərək söhbəti davam etdirməkdən imtina etdi və səs yazısını silməsək, kameramızı sındıracağı ilə hədələdi.
 
Rayonların birində guya bizə tiryək bazarı icarəyə götürməyə icazə vermişdilər, amma həmin yerə çatanda bunun mümkün olmadığını bildirdilər. “Taliban”ın Kabildəki sözçüsü Bilal Kərimi bizə bildirdi ki, təşkilat fermerlər üçün alternativlər axtarır. "Biz əvəzində heç bir şey təklif etmədən insanları bundan məhrum edə bilmərik", - deyə o əlavə etdi.
 
Taliban 1994-2001-ci illərdə hakimiyyətdə olduğu ilk dönəmdə xaşxaş becərilməsini qadağan etmişdi, lakin sonrakı müqavimət illərində xaşxaş vergisi onlar üçün vacib maliyyə mənbəyi idi, baxmayaraq ki, bunu inkar edirlər. Taliblərin hakimiyyətə ikinci gəlişindən sonra beynəlxalq yardımların dayandırılması Əfqanıstan iqtisadiyyatını çökdürdü. Bu şəraitdə xaşxaş bir çox kəndli üçün yeganə ümid oldu.
 
Bəzi ticarətçilər hesab edirlər ki, yeni hakimiyyət istəsə, köhnə qadağanı asanlıqla bərpa edə bilər. Digərləri isə hər şeyin o qədər də asan olmadığına əmindirlər. “Onlar əldə etdikləri hər şeyə görə tiryəkə borcludurlar. Biz onun aradan götürülüb qadağan olunmasına imkan verməyəcəyik. Yeganə variant xarici köməyin bərpa olunmasıdır, yoxsa biz ailəlicə aclıqdan öləcəyik”, - deyə bir kəndli əsəbi halda bildirdi.
 
Devid Mensfild qeyd edir ki, böhranla əlaqədar ərzaq və əmtəə qiymətlərinin artması kəndliləri və laboratoriya sahiblərini ən azı əvvəlki rifah səviyyəsini saxlamaq üçün istehsalı artırmağa məcbur edəcək.
 
Ölkənin bir çox yerlərində narkotik biznesi uzun müddətdir ki, yerli iqtisadiyyatla sıx əlaqədədir. Gilmənd əyalətindəki bir qrup kəndə ancaq tozlu torpaq yolla getmək olar. Hətta Əfqanıstan standartlarına görə bura uzaq bir yerdir. Və eyni zamanda burs bütün dünyanın heroin ticarətinin mərkəzidir. Burada tiryək satılan çoxsaylı bazarlarla yanaşı, hər birində onu heroinə çevirən 60-70 nəfərin çalışdığı bir neçə fabrik var. Daha sonra narkotik qaçaqmalçılıq yolu ilə Pakistan və İrana gətirilir və oradan da bütün dünyaya, o cümlədən Avropaya daşınır.
 
Yerli sakinlərin sözlərinə görə, bir kiloqram heroin 210 min Pakistan rupisinə (1190 dollar) ixrac edilir. Keçmiş britaniyalı narkotik satıcısı BBC-yə bildirib ki, Birləşmiş Krallıqda onun hətta qatqı əlavə olunmuş kiloqramı pərakəndə şəkildə 66 min dollara satılır. Qazancın böyük hissəsi narkotikanı son istifadəçilərə çatdıranların payına düşür. Taliban istehsalçılardan xərac almaqla kifayətlənir.
 
Devid Mensfildin sözlərinə görə, taliblərin narkotik biznesindən əldə etdiyi gəlirlər çox vaxt şişirdilir və bu, onların əsas maliyyə mənbəyi deyil. Ekspert 2020-ci il üçün bunun təxminən 35 milyon dollar olduğunu bildirir. Amma bu pul da təşkilat üçün artıqlıq etmir"Taliblərə ilk dəfə hakimiyyətə gəldikdən sonra narkotik sənayesini dayandırmaq üçün altı il lazım gəldiözü də həmin vaxt söhbət yalnız tiryəkdən gedirdi", deyə Mensfild bildirir. Ekspert qeyd edir ki, əvvəlki təcrübəni təkrarlamaq cəmiyyətin hər zaman taliblər üçün əsas dəstək bazası olmuş hissəsinə zərbə vurmaq deməkdir.
 
Bilal Kəriminin BBC-yə dediyi kimi, həm Əfqanıstan, həm də beynəlxalq ictimaiyyət narkotik istehsalını dayandırmalıdır, ona görə də bu işdə “dünya da kömək etməlidir”. Əfqan narkobiznesi təkcə ixracla məhdudlaşmır. O, narkomaniyanın yüksək səviyyədə olduğu ölkənin əhalisinə dağıdıcı təsir göstərir.

Minlərlə narkoasılılıqdan əziyyət çəkən əfqan müalicə gözləyir
 
Kabil ətrafında hərəkətli yolun kənarında bir neçə yüz kişi kiçik qruplar halında oturub. İndi narkotiklər Əfqanıstanda istehsal olunduğu üçün ucuzlaşıb. Onlar əvvəllər İrandan gətirilirdi. "Met"in qramı 1500 əfqani (15 dollar) idi, indi isə 30-40 əfqaniyədir", - deyə onlardan biri izah edir. Şərait acınacaqlıdır, bəzi narkomanlar kanalizasiya arxlarında gecələyirlər. Hətta it də belə yaşamaz, - deyə söhbətə qoşulan başqa bir kişi deyir.
 
Taliblər vaxtaşırı kifayət qədər kobud şəkildə bu insanları reabilitasiya mərkəzlərinə aparır, lakin əksəriyyəti lazım olan şeylərin çatışmazlığı üzündən əziyyət çəkdiyinə görə köhnə yerlərinə qayıdır.
 
Hələlik görünən odur ki, Əfqanıstan və xarici ölkələrin şəhərlərinin küçələrinə narkotik axını ancaq artmaqda davam edir...
 
Tərcümə və təqdim etdi: Miraslan
Tarix: 19-12-2021, 10:09
Xəbəri paylaş





Xəbər lenti