Rusiya üçün 4 təhlükə:Dünya Bankı açıqladı


Rusiya üçün 4 təhlükə:Dünya Bankı açıqladı
Dünya Bankının Rusiya üzrə baş iqtisadçısı Devid Nayt “Vedomosti” qəzetinə müsahibəsində Rusiya iqtisadiyyatının dörd real risklə üz-üzə olduğunu bildirib.
Cebhe.ino xəbər verir ki, birinci risk pandemiya təhlükəsidir. Ekspertin fikrincə, bəzi digər ölkələrlə müqayisədə Rusiya iqtisadiyyatına daha çox təzyiq göstərir. Bunun səbəblərindən biri də peyvəndlmənin səviyyəsinin aşağı olmasıdır.
Bundan əlavə, DB 2022-ci ildə inflyasiyanın gözlənilməz artımı riskini kifayət qədər yüksək hesab edir. Ekspertlərin fikrincə, qiymət artımlarına nəzarətdən danışmaq çətindir, üstəlik, iqtisadiyyat üçün yeni sarsıntıları istisna etmək olmaz.
Həmçinin, Rusiya beynəlxalq sanksiyaların mümkün tətbiqi ilə hədələnir ki, bu da böyük ölkələr və ya ölkələr blokları tərəfindən tətbiq ediləcəyi təqdirdə iqtisadiyyata qaçılmaz mənfi təsir göstərəcək.
Nəhayət, son təhlükə enerji keçididir. Hələlik uzunmüddətli perspektivdə, lakin onun tempi daha da sürətlənə bilər.
Tarix: 20-12-2021, 13:44
Xəbəri paylaş





Xəbər lenti