Dünya üzrə tiryəkin 90%-i İrandadır : ŞOK STATİSTİKA


Dünya üzrə tiryəkin 90%-i İranda aşkarlanıb. Alp.az İran mediasına istinadən xəbər verir ki, bu açıqlama ilə  İranın Narkotiklərlə Mübarizə Qərərgahının rəisi çıxış edib.
İranın Narkotiklərlə Mübarizə Qərərgahının rəisi bildirib ki, ölkədə boşanmaların, cinayətlərin və oğurluq əməllərinin bir çoxunun səbəbi uyuşdurucu maddələrdir.
“Yəni narkotik maddələr cəmiyyətdən yığışdırılarsa, öz növbəsində sadalanan xoşagəlməz halların bir çoxu da öz həllini tapar.”- deyə İranın Narkotiklərlə Mübarizə Qərərgahının rəisi əlavə edib.
Tarix: 20-12-2021, 22:10
Xəbəri paylaş





Xəbər lenti