ABŞ-ın hipersəs raket sınağı yenə uğursuz oldu


ABŞ-ın hipersəs raket sınağı yenə uğursuz oldu
ABŞ Hərbi Hava Qüvvələrinin bir müddətdir sınaqdan keçirdiyi “AGM-183A Havadan Havaya Sürətli Müdaxilə Silahı” adlı hipersəs raketi sınaqlarda üçüncü dəfə uğursuzluğa düçar olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qabiliyyətlərin Həyat Dövrünün İdarə Edilməsi Komandanlığının Silahlanma Bölməsinin direktoru, briqada generalı Hit Kollinz  “WarZone” jurnalına açıqlamasında deyib.
Briqada generalı Kollinz “B-52H” bombardmançı təyyarəsinə qoşulan “AGM-183A” prototip raketinin naməlum səbəbdən bağlı olduğu sursat stansiyasından çıxmadığını, atış ardıcıllığının dayandığını və raketin buraxılmadığını bildirib.
ABŞ generalı raket sisteminin telemetriya və bort məlumatlarını təhlil etmək üçün zavoda qaytarılacağını bildirib. O əlavə edib ki, Hərbi Hava Qüvvələri bu hipersəs silahını ən qısa zamanda təkrar sınaqdan keçirəcək.
Qeyd edək ki, bu ilin aprelində ABŞ-ın hipersəs raketinin ilk sınağı daşıyıcı təyyarədə yaranan problem səbəbindən uğursuzluqla nəticələnmişdi.
İyun ayında silah ikinci uçuş sınağında “B-52H” bombardmançısından uğurla çıxdı, lakin raket mühərriki alovlana bilmədi.
Tarix: 21-12-2021, 08:29
Xəbəri paylaş





Xəbər lenti