Rusiyada türk xalqlarının həyatından süjetlər çəkən türkiyəli turistlər həbs edildi...-FOTO

Rusiyada türk xalqlarının həyatından süjetlər çəkən türkiyəli turistlər həbs edildi...-FOTO
“Onları bütün gecəni polisdə saxlayıblar... Vəkillə təmin etməyiblər... Hədə-qorxu gələrək casusluqda ittiham ediblər...”
 
Xakasiyada Türkiyədən gəlmiş iki turist Rusiya Federasiyasında qalma rejimini pozduqları üçün saxlanılıb. 
 
Moderator.az  xəbər verir ki, bu haqda “Tayqa.info” nəşri məlumat yayıb. 
 
 Həbs edilən türk kişi və qadın Rusiyanın türk xalqlarının həyatından bəhs edən süjetlər çəkdiklərini bildiriblər. Lakin onların icazə sənədləri olmayıb.
 
“Xakasiya” kanalında Abakan Şəhər Məhkəməsinin  xarici turistin “akkreditasiyasız işləməyə” görə cinayət təqibi ilə bağlı qərarı yayımlanıb. Qərarda bildirilir ki, turistlər tərəfindən video-görüntülər “daha sonra Türkiyə mətbuatında dərc olunmaq üçün” lentə alınıb. Qadın və onun həyat yoldaşı Rusiya Federasiyasının İnzibati Məcəlləsinin 18.8-ci maddəsi (xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasına daxil olma qaydalarının və ya Rusiya Federasiyasında olma (yaşayış) rejiminin pozulması) ilə təqsirli bilinib. 10 gündən sonra məhkəmə qərarı qüvvəyə minəcək və onlar vətənlərinə -Türkiyəyə deportasiya olunacaqlar. 
 
İctimai fəal Matos Çerpakov sosial şəbəkələrdə bildirib ki, gələn turistlər “İstanbuldan olan etnik qazaxlardır”. İctimai xadimin sözlərinə görə, hüquq-mühafizə orqanları onların bütün ləvazimatlarını götürüb və video-görüntüləri siliblər. 
 
“Onları bütün gecəni polisdə saxlayıblar. Hədə-qorxu gələrək deyiblər ki, günahlarını boynuna alsınlar, sonra sərbəst buraxılacaqlar. Türk turistləri casusluqda ittiham ediblər”- deyə M.Çerpakov bildirib.
 
“İndi turistlər  məhkəmənin qərarı qüvvəyə minənə qədər 10 gün həbsdə qalmağa məcburdurlar. Amma məhkəmədə, dindirilmə zamanı onların müdafiəsi təmin olunmayıb. Vəkil yox idi. Tərcüməçinin isə nə tərcümə etdiyi anlaşılmır. Turistlərdən biri rus dilini bilmir. Ən acınacaqlısı isə odur ki, onlar məhkəmənin hökmündən apellyasiya şikayəti verməyə başlasalar, 10 gündən çox həbsdə qalacaqlar. Yəni bu halda nə qədər həbsdə qalacaqları bilinmir. Razılaşmaq və Rusiyaya 5 il müddətinə daxil olmaq hüququ olmadan ölkəni tərk etmək daha asandır. Onları girov müqabilində azad etmək olmaz, onlara heç bir şəkildə kömək etmək mümkün deyil. Çıxış yolu yalnız məhkəmə hökmündən şikayət vermək üçün son müddət bitənə qədər 10 gün gözləməkdir” – deyə ictimai fəal bildirib. 
 
Xakasiyadan sonra türkiyəli turistlər Rusiyadakı digər türk respublikasına - Tuvaya getmək niyyətində olublar, lakin onların planları baş tutmayıb...
Rusca “TRT” kanalının yaydığı məlumatda Xakasiyada həb edilənlərin video-bloger olduğu bildirilir. Onlar 5 min rubl cərimə olunub və hazırda Abakan şəhərindəki müvəqqəti saxlanma təcridxanasındadırlar. Məlumatda türkiyəli turistlərin video-bloger olduğu deyilir. Qadın turistin adı Nazgül Kenjetaydır.
 
Sultan Laçın

Tarix: 21-12-2021, 08:32
Xəbəri paylaş





Xəbər lenti