SON DƏQİQƏ: Rusiya Belarusda nüvə silahı yerləşdirir – Minskdən Qərbə XƏBƏRDARLIQ


“Rusiya Xarici İşlər Nazirliyi Belarusda nüvə silahının yerləşdirilməsinə icazə verib”.
Siam.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Lukaşenkonun bəyanatının Qərbə xəbərdarlıq kimi qəbul edilməli olduğunu deyib.
“ABŞ və NATO Rusiya ilə təhlükəsizlik zəmanəti məsələsini müzakirə etməkdən boyun qaçırarsa, o zaman cavab tədbirləri üçün bütün mümkün variantlar nəzərdən keçiriləcək. Çox şey Qərb ölkələrinin reaksiyasından asılıdır” – Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Xatırladaq ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun Polşada oxşar addım atacağı təqdirdə, Minskin nüvə silahını öz ərazisində yerləşdirməyi Rusiyaya təklif edəcəyini açıqlamışdı:
“Bütün məsələlər kompleks kimi nəzərdən keçirilir. Biz belaruslu müttəfiqlərimizdən belə təkliflər eşitmişik. Bütün variantlar nəzərdən keçiriləcək. Lakin dediyim kimi, çox şey ABŞ və NATO-nun reaksiyasından asılı olacaq” – Rudenko vurğulayıb.
Keçən həftə Belarusun xarici işlər naziri Vladimir Makey “RT Arabic” telekanalına müsahibəsində, Minskin NATO təhlükəsini nəzərə alaraq öz ərazisində nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirdiyini deyib.konkret.az
Tarix: 21-12-2021, 22:21
Xəbəri paylaş





Xəbər lenti