Avropada qazın qiymətində tarixi rekord



Gündəlik qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib
Avropada qazın qiyməti min kubmetr üçün 2100 dollardan yuxarı olub. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Londonun “İCE Futures” birjasının məlumatında bildirilib.
Məlumata görə, Niderlandın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2107 dollar səviyyəsində ticarəti başa vurub.
Beləliklə, Avropada gündəlik qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib.
Avropada qazın qiymətinin sürətlə artması səhər tezdən başlayıb. Qazın qiyməti ardıcıl olaraq 1800 dolları, 1900 dolları keçərək tarixi rekordu qırıb.
Sonra isə sürətini azaltmadan 2000 dollarlıq həddi keçib. Sonradan 2100 dolları keçərək, 2200 dollara yaxınlaşıb. Daha sonra min kubmetr üçün 2190,4 dollara qədər artıb.
Tarix: 22-12-2021, 08:34
Xəbəri paylaş





Xəbər lenti