BMT Baş Assambleyasının sədri virusa yoluxdu:Üç dəfə peyvənd olunmuşdu


BMT Baş Assambleyasının sədri virusa yoluxdu:Üç dəfə peyvənd olunmuşdu

BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdullah Şahid koronavirusa yoluxub.
Bu barədə BMT Baş Assambleyasının rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyak deyib. O bildirib ki, Şahidin koronavirus testi pozitiv nəticə göstərib.
Sədrdə koronavirusun yüngül simptomları müşahidə edilir və o həkimlərin məsləhəti ilə özünü təcrid edib.
Qeyd edək ki, A.Şahid ötən həftə koronavirusa qarşı buster doza vaksin qəbul edib. O, ümumilikdə 3 dəfə peyvə olunub.
Tarix: 23-12-2021, 09:19
Xəbəri paylaş





Xəbər lenti