Zelenski dövlətə xəyanətdə ittiham olunur – Kiyevdə nə baş verir?



Ukrayna Ali Radasının ölkənin eks-prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasından olan deputatları hazırkı dövlət başçısı Vladimir Zelenski və onun tərəfdarlarının dövlətə xəyanət və terroru maliyyələşdirməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, parlamentarilər Zelenskini Ukraynadakı enerji böhranında günahkar hesab edirlər.

"Vladimir Zelenskinin hakimiyyəti dövründə Ukrayna enerji müstəqilliyini itirdi və işğalçı ölkədən kömür almağa başladı", - partiyadan bildirib.

İki gün əvvəl Ukraynanın eks-prezidenti Pyotr Poroşenko bildirib ki, Ukraynanın hazırkı lideri Vladimir Zelenskinin hərəkətləri vətənə xəyanət üçün təhlil edilməlidir.
Tarix: 23-12-2021, 22:55
Xəbəri paylaş





Xəbər lenti